NKPI

Maraqlı Məlumatlar

Xərçəngə qalib gəlmiş həkim Odile Fernandesin açıqlaması: 160

Zəncəfil – xərçəngə qalib gələn kök

Zəncəfil (Zinqiber officinalı) Hindistanda xörək və içkilərə qatılmaqla ən çox istifadə olunan ədvalardan biridir. Müalicəvi vasitə kimi onun uzun tarixçəsi, təxminən, 2500 il əvvələ dayanır. Bir çox ölkələrdə zəncəfili müxtəlif xəstəliklərin müalicəsində istifadə edirlər: həzmə kömək edir; mədə xəstəliyi, diareya və ürəkbulanmada xeyirlidir. Tərkibindəki bəzi komponentlər (məs: qinqerol) onu antioksidant və iltihabəleyhinə vasitə kimi dəyərləndirməyə imkan verir. Zəncəfil xərçəng hüceyrələrinin apoptozunu (özünü məhvini) sürətləndirir və şişlərin böyüməsinə şərait yaradan yeni qan kapilyarının əmələ gəlməsinin qarşısını alır.

Miçiqan Universitetinin alimləri sübut ediblər ki, supermarketlərdə satılan həmin zəncəfil tozu aqressiv yumurtlıq xərçəngini məhv edir. Tədqiqat, həmçinin göstərib ki, zəncəfil hüceyrələrin kimyəvi terapiyaya daha həssas yanaşmasına imkan yaratmaq qabiliyyətinə malikdir. Qadınların çoxunda yumurtalıq xərçəngi, hüceyrələrin kimyəvi terapiyaya və apoptoza dözümlülüyünü artıran təkrar xəstəliklə müşayiət olunur – zəncəfilsə bu cür hadisənin qarşısını ala bilir.

Siçovullarla təcrübələr göstərib ki, zəncəfilin gündəlik istifadəsi 56% fərdlərdə prostat xərçənginin böyüməsinin və inkişafının qarşısını alır. Əsas odur ki, zəncəfilin sağlam toxumalara heç bir toksiki təsiri yoxdur.

Zəncəfil kimyəvi terapiya zamanı yaranan ürəkbulanma və qaytarma hallarında istifadə olunur.

Vacibdir! Kimyəvi terapiyadan sonra qaytarmanın qarşısını almaq üçün belə bir dəmləmə hazırlanır: 1 litr mineral və ya filtrdən süzülmüş su qaynadılır, narın təbəqələrə bölünmüş 5 sm-lik zəncəfil, darçın çubuğu və bir almanın qabığı (yaxşı olar, qırmızı alma olsun) əlavə edilir. Hamısı 5 dəqiqə qaynadılır və 5 dəqiqə ərzində soyumağa qoyulur. Gün ərzində dəmləmə həm isti, həm də soyuq qəbul edilir.

 

Mənbə: Фернандес Одиле. Мои рецепты от рака. Откровения врача, победившего болезнь / Одиле Фернандес, – Москва, Эксмо, 2019, 512с. – Рак победим.

2019-12-03   141