NKPI

Maraqlı Məlumatlar

Albert Eynşteynin bioqrafiyasından -64

Generalların səhvi

Esminesdən arxasınca alman təyyarəsi göründü. Bundan sonra nə baş verdiyini Eynşteyn yada sala bilmirdi. Mərmi qanadı zədələdi və "messerşmit" suya düşdü. Fırtına dayandı, elə bil ki, o, heç belə bir şey olmamışdı, yalnız dalğalar yavaş-yavaş yırğalanırdı. O, yanırdı. Başqa gəmilər ona tərəf üzürdü.

Şirli döşəmədə huşsuz uzanmışdı. Cons zombi kimi boşluğa baxırdı, yalnız qara plaşlı kişinin huşu başında idi. O, nə isə dəstəyə deyir, eyni zamanda nə isə kağızda cızma-qara edirdi. Hərbçilər inanmırdılar ki, eksperimentin sonu teleportasiya olacaqdır. Onlar sadəlövhlüklə zənn edirdilər ki, bu guya-yalnız görünməməzliklə əlaqədar təcrübələrdir. Bu belədir, lakin bəzən əşyalar bizim fəza-zaman kontiniumuna görə də görünməz olurlar. "Biz onu qırmışıq. Bəs "messerşmit" hardan gəlib?" Sonra təyin edəcəklər... Yəqin ki, gəmi nasistlər tərəfindən istila edilmiş Fransa sahillərində olub. Fırtına..." Fikirlər Eynşteynin başında dəhşətli surətlə fırlanırdı. O, elə fikirləşirdi.

-Komanda ilə nə baş verib?-qəflətən fizik almanca qışqırdı və küçəyə qaçdı. Onu heç kim saxlamadı, sanki hamı gizlilik qərarını unutmuşdu. Yaxınlıqda xərəkdə general uzanmışdı, onu tibb işçiləri əhatə etmişlər. O, balıq kimi sahilə atılmış qıclanmış vəziyyətdə hava udurdu. Əsgərlər də eyni vəziyyətdə idi. "Biz təbiətin qanunları qarşısında acizik-fizik fikirləşirdi - yüksək vəzifəli olsaq belə..."

 

Mənbə: Александр Саенко.  «Человек, который был Богом». Скандальная биография Альберта Эйнштейна

2019-12-03   175