NKPI

Maraqlı Məlumatlar

Xalq şairi Ramiz Rövşənin seçilmiş əsərləri -179

Bu qaranlıqda
R. Məcidə
 
Məni yolda tutdu bu kafir gecə,
Ana bətnindən də qara bir gecə,
Suda batan kimi batdım eləcə
Yox oldum qəflətdən bu qaranlıqda.
 
İtirdim özümü tamam itirdim,
Yolumu, izimi tamam itirdim,
Mən hardan gəlirdim? Hara gedirdim?
Kimdən soruşum mən bu qaranlıqda?
 
Kimdən xəbər alım özümü kimdən?
Məni nə dost tapar burda, nə düşmən,
Dünyanın ən qərib adamıyam mən;
Nə ev var, nə vətən, bu qaranlıqda.
 
Batdım, qaranlıqda boğuldum, çıxdım,
Qorxdum, o qorxudan ağardım, çıxdım,
Bəlkə də, təzədən doğuldum, çıxdım,
Bir ana bətnindən bu qaranlıqda…

2019-12-03   187