NKPI

Maraqlı Məlumatlar

Atalar sözü – ağlın gözü -266

Benqal atalar sözü və məsəlləri
***
Qurbağa da dişlərdi – əgər dişləri olsaydı.
***
Qarğa da özünü ağıllı bilir.
***
İlana süd də içirsən, zəhəri azalmayacaq.
***
Borca girmiş ata oğlun düşmənidir.
***
Günün batmağını hamı görür.
***
Qozbelin arzusu arxası üstə yatmaqdır.
***
Balığı öz yağında qızardır.
***
Pulun olsa qudanı da təmtəraqla dəfn edərsən; pulun olmasa doğma atanı da bir təhər basdırarsan.
***
Əlində pul, ayağında qüvvət olsa lap Nilaçola qədər gedərsən.
***
El bir olsa dəryanı da qurutmaq olar.

2019-12-03   146