NKPI

Maraqlı Məlumatlar

Üzvi kimyadan maraqlı məsələlər (həlli ilə) - 5

Məsələ: Əgər karbohidrogenin 11,2 qramı hidrogen bromidlə qarşılıqlı təsir zamanı brom üçlü karbon atomuna birləşməklə 27,4 q bromid əmələ gəlirsə alkenin formulunu müəyyən edin.

Cavab:

Kütlələrin saxlanması qanununa uyğun olaraq əvvəlcə hidrogen bromidin kütləsini hesablayaq (bu, birləşmə reaksiyasıdır və heç bir əlavə məhsul alınmır):

m(HBr) = m(alınan maddə) – m(alken) = 27,4 – 11,2 = 16,2 q.

Alkenlərin ümumi formulundan istifadə edərək reaksiyanın tənliyini tərtib edək:

CnH2n + HBr → CnH2n+1Br.

Buradan alken maddəsinin miqdarını tapaq:

y(CnH2n) = y(HBr) = m(HBr):          M(HBr)

16,2 q : 81 q/mol = 0,2 mol.

İndi də asanlıqla naməlum maddənin molyar kütləsini n vasitəsi ilə tapaq:

M(CnH2n) = 12n + 2n = 14n, buradan; 14n = 56;  n = 4 (karbon atomları).

Cavab: Axtarılan alken C4 + 18 kimidir:

2-metilpropen

və ya sadəcə metilpropen.

2019-11-08   148